Rusiya Ermənistana qırıcılar göndərdi

Rusiya Ermənistana qırıcılar göndərdi
  20 Fevral 2016    Oxunub:3576
Rusiya Ermənistanda yerləşən Erebuni hərbi bazasına 4-cü nəsil MiQ-29 qırıcılarını, təkmilləşdirilmiş MiQ-29S və Mi-8MT nəqliyyat vertolyotu göndərib.
AzVision.az İnterfax-a istinadən xəbər verir ki, aviatexnika Krasnoyarsk vilayətindən İrəvan hava limanına hərbi nəqliyyat təyyarələri vasitəsi ilə gətirilib.

Bildirilib ki, yaxın vaxtlarda 4+ nəslindən olan döyüş qırıcıları və helikopter mühəndis-texniki heyət tərəfindən yığılacaq və istismara veriləcək.

Pilotlar artıq martın ortalarından qırıcılarda uçuş keçirə biləcəklər.

AzVision.az


Teqlər:



Xəbər lenti