Rusiyanın Xəzər donanmasının kontr admiralı İqor Osipov bildirib ki, donanmanın bu il prioritet məqsədi birgə beynəlxalq Qazaxıstan-Rusiya hərbi dəniz təlimlərində və “Qafqaz 2016” strateji qərargah təlimlərində iştirak etmək olacaq:
“Bu il həmçinin “ArMİ-2016”- “Dəniz kuboku” hərbi oyunlarının keçirilməsi planlaşdırılır. Bu yarışlar xəzəryanı ölkələrin iştirakı ilə Xəzər dənizi akvatoriyasının orta hissəsində və Kaspiysk və Mahaçqala şəhərlərində yerləşən təlim komplekslərində baş tutacaq”.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


