Kluni cütlüyü Ermənistana gedir

Kluni cütlüyü Ermənistana gedir
  20 Fevral 2016    Oxunub:3302
Hollivud ulduzu Corc Kluni və həyat yoldaşı Amal Kluni Ermənistana səfər edəcək.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, səfər 22-24 aprel tarixlərində baş tutacaq.

Kluni cütlüyü qondarma “erməni soyqırımı”na həsr olunmuş tədbirlərdə və erməni əsilli Rusiya iş adamı Ruben Vardaryanın “100 həyat” layihəsi çərçivəsində “Avrora” mükafatlandırma mərasimində iştirak edəcək.

Xatırladaq ki, Amal Kluninin Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Xədicə İsmayılovanı müdafiə edəcəyi bildirilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti