Ankara terrorunu kürd yaraqlıları üzərinə götürdü

Ankara terrorunu kürd yaraqlıları üzərinə götürdü
  20 Fevral 2016    Oxunub:2813
Ankarada 28 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan terror aktına görə məsuliyyəti `Kürdüstan Azadlıq Şahinləri` (TAK) təşkilatı öz üzərinə götürüb.
AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, özünü qruplaşma Ankarada törədilmiş terror aktının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürdlərə qarşı siyasətinə cavab olduğunu bəyan edib.

Qruplaşma 17 fevral terrorunu kimin törətdiyini də açıqlayıb. Bu Abdulbaki Sönməz adlı TAK üzvüdür.

TAK PKK-nın bir qanadıdır. Bu qruplaşma ABŞ-ın terror təşkilatı kimi tanıdığı təşkilatların siyahısındadır.

Qeyd edək ki, fevralın 17-də Ankarada hərbi yataqxananın yaxınlığında baş vermiş partlayış nəticəsində 28 nəfər ölüb, 60-dan insan yaralanıb. Hadisənin PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri — YPG-nin üzvü, Suriya vətəndaşı Salih Necar tərəfindən törədildiyi məlum olub.

Terror aktı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri təxirə salınıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti