Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı
  20 Fevral 2016    Oxunub:3150
Rusiya Ankaranın Suriyadakı vəziyyətlə bağlı son bəyanatlarından sonra BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasını çağırmaq niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəsmisi bildirib ki, Tüürkiyənin Suriyaya qoşun yeritməsi planları ilə əlaqədar regionda vəziyyət daha da gərginləşib.

“Biz İŞİD terrorçularının Suriya ərazisinə və orada terrorçu bazalarının yaradılmasından narahatıq. Bu Suriya münaqişəsi üzrə danışıqları zərbə altına qoyur”, - M.Zaxarova deyib.

Rəsmi Moskva həmçinin Suriyanın ərazi bütövlüyünü və suverenliyini pozan, BMT TŞ-nin 2254 saylı qətnaməsinə, eləcə də Suriyada sülh prosesinin başlamasına yönəlmiş səylərə uyğun gəlməyən belə hərəkətlərin dayandırılmasını tələb edən qətnamə layihəsini müzakirəyə çıxaracaq.

AzVision.az


Teqlər:





Xəbər lenti