“Biz Dima ilə həmişə bir-birimizi dəstəkləyirik. Onun vətənpərvər hərəkətində pis və təhqiredici heç nə yoxdur. Mən bu gün həyat yoldaşımın şəkli olan geyimdə gəlmişəm. Bununla da sevgimi göstərirəm. Məgər sevgini təbliğ etdiyim üçün məni ittiham edəcəklər?. O, da bu yolla ölkə rəhbərinə olan sevgisini ifadə etdi”, - deyə Buzova bildirib.
Qeyd edək ki, Dmitri Tarasov Avropa Liqasının 1/16 mərhələsi çərçivəsində İstanbulda “Fənərbaxça” ilə oyundan sonra üzərində Rusiya prezidentinin şəkli olan futbolkasını nümayiş etdirib. UEFA futbolçu barəsində intizam icraatına başlayıb.
Rusiyanın “Lokomotiv” klubu yarımmüdafiəçi Dmitri Trasovu 300 min avro cərimələyib və fevralda ala biləcəyi bütün bonuslardan məhrum edib.

Eldar Tanrıverdiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


