Belçikada Natəvanın heykəli qoyulub
Vaterlo şəhərinin meri Floran Röter çıxışında Azərbaycanla qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə edib və şəhərdə Natəvanın abidəsinin ucaldılmasını yüksək qiymətləndirib.
Qeyd edək ki, Xurşidbanu Natəvanın heykəlinin Avropanın tarixində xüsusi rol oynamış, hazırda Belçikanın turizm şəhərlərindən olan Vaterlo şəhər parkında qoyulması Azərbaycan tarixi və mədəniyyətinin dünyada tanıdılması baxımından əhəmiyyətlidir. Şuşada anadan olan Xurşidbanu Natəvanın Belçikada ucalan heykəli, həmçinin Qarabağ xanlığının tarixini özündə təcəssüm etdirir. Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə bir töhfədir.
Qeyd edək ki, Vaterlo şəhərinin mərkəzi parkında ucalan heykəl Azərbaycanın xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.