İŞİD kimyəvi silahdan istifadə edir

İŞİD kimyəvi silahdan istifadə edir
  16 Fevral 2016    Oxunub:1968
İŞİD terror qruplaşması kimyəvi silahdan istifadə edir.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Kimyəvi Silahların Qadağası Təşkilatı yayıb. Xəbərdə deyilir ki, terrorçu qruplaşma ötən ilin avqust ayında İraqın şimalında olan kürd peşmergələrinə qarşı kimyəvi silahdan istifadə edib.

İŞİD-in Ərbil yaxınlığında hücumu nəticəsində yaralanan 35 peşmergədən nümunələr götürülüb. Nümunələrin cavabında peşmergələrə qarşı zəhərli bibər qazı ipritdən istifadə edildiyi məlum olub.

Qeyd edək ki, iprit orqanizmə hərtərəfli təsir göstərir. O, maye-damcı halında dəri üzərinə düşdükdə bir necə saatdan sonra (4-24 saat) dəridə qızartı yaranır və getdikcə böyüyür. 2-3 gündən sonra kiçik köplər əmələ gəlir, bu köplər getdikcə böyüyərək 3-5 gündən sonra partlayır, onun yerində yaralar əmələ gəlir və onları da uzunmüddətli müalicədən sonra sağaltmaq mümkün olur.

İprit mədə-bağırsaq yollarına düşdükdə 30-60 dəqiqədən sonra mədədə kəskin ağrılar başlayır, ürəkbulanma və qusma baş verir. Mədə-bağırsaq zəhərlənmələri çox halda ölümlə nəticələnir.

İprit gizli təsir dövrünə malikdir və onun müddəti zəhərli maddənin dozasından, fərdi hissiyyatdan və xarici mühitin temperaturundan asılıdır.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti