Ukraynada 286 nəfər qripdən ölüb

Ukraynada 286 nəfər qripdən ölüb
  16 Fevral 2016    Oxunub:1576
Ukraynada qripdən ölənlərin sayı 286 nəfərə çatıb.
Bu barədə ölkənin səhiyyə nazirliyi məlumat verib. Bildirilib ki, ölənlərdən ikisi hamilə qadın, 4-ü isə 17 yaşadək yeniyetmədir.

Ən çox ölüm halı Kiyev və Odessa vilayətində qeydə alınıb. Nazirlik ölənlərin “donuz qripi”nə yoluxması haqda ittihamlara cavab verməyib.

Qeyd edək ki, Ukraynada qrip epidemiyası ötən ilin sentyabrında baş qaldırıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti