33 dərəcə isti olacaq

33 dərəcə isti olacaq
  09 İyul 2013    Oxunub:1353
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz -İyulun 11-dək Abşeron yarımadasında davamlı xəzri küləyi fonunda iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün nisbətən
əlverişlidir.


Teqlər:  





Xəbər lenti