SOCAR rəhbərinin pulunu oğurladılar

SOCAR rəhbərinin pulunu oğurladılar
  12 Fevral 2016    Oxunub:3156
“SOCAR Turkey Energy” şirkətinin baş icraçı direktoru Kənan Yavuzun 150 min lirə (80 min manat) pulu oğurlanıb.
AzVision.az xəbər verir ki, K. Yavuz ticarət mərkəzində olarkən kredit kartında problem olduğundan banka zəng edib. Bankdan ona verilən cavab K. Yavuzu şoka salıb.

Bankdan bildirilib ki, kredit kartı ləğv edilib: “Siz özünüz kredit kartınızı itirdiyinizi bildirərək, kartı ləğv etdirmisiniz. Yeni kredit kartınız isə ünvanınıza göndərilib”.

K. Yavuz isə öz növbəsində banka heç bir müraciət etmədiyini və ona yeni kartın gəlmədiyini bildirib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, dələduzlar K, Yavuzun yeni kredit kartını ələ keçirdikdən sonra limiti yüksəldiblər və yeni kartı öz ünvanlarına yönəldiblər. Nəticədə dələduzlar onun kartından 150 min türk lirəsi (80 min manata yaxın) oğurlayıblar.

Artıq hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən birini saxlanılıb. Daha iki nəfərin axtarışı davam etdirilir.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti