27 yaşlı oğlan kanala düşüb

  03 İyul 2013    Oxunub : 398
27 yaşlı oğlan kanala düşüb
FHN-in axtarışları nəticə verməyib
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1986-cı il təvəllüdlü Anar Nizam oğlu Ələkbərovun Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Hüseynbəyli kəndi ərazisindən keçən hissəsinə düşdüyü ehtimal edilir. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunmuş və axtarışlara başlayıblar. Hələlik axtarışlar nəticə verməyib. Əlavə məlumat veriləcək.

Teqlər: