Gömrük prosedurları sadələşdirildi
Proses isə çox sadədir. Vətəndaş xidmətin üzərinə toxunaraq açılan pəncərədə pasport nömrəsini, doğum tarixini qeyd edərək irəli düyməsini seçir, sonra portal üzərindən FİN-ə uyğun olaraq tanınan kimliyini təsdiq edib gəldiyi və getdiyi ölkənin istiqamətini seçir. Daha sonra açılan pəncərədə müvafiq kateqoriyanı (valyuta, nəqliyyat vasitəsi, bəyan olunan mallar, müşayiət olunmayan baqajla və ya daşıyıcı tərəfindən keçirilən mallar, ölmüş şəxslər, tabutdakı meyitlər, urnadaki küllər və s.) seçərək, bəyannamədə yanlış məlumat göstərdikdə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıdığı xəbərdarlığını alaraq, daxil etdiyi məlumatların doğru olduğuna əmin olub "təsdiq et” düyməsini vurur. Nəticədə hazırladığı bəyannamə Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınır və vətəndaşa qeydiyyat kodu göndərilir. Bununla da vətəndaş "çap et” düyməsini sıxaraq gömrük bəyannaməsini çap edib gömrük xidmətinə təqdim edə bilir.
Qeyd edək ki, gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkili gömrük sahəsində işin operativliyinə və növbələrin azalmasına müsbət təsir göstərəcək. Bununla da Dövlət Gömrük Komitəsinin "Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 9-a çatdırılıb.