Xınalıqda kritik durum - Xarici tələbələr qayıda bilmir- FOTOLAR

Xınalıqda kritik durum - Xarici tələbələr qayıda bilmir- FOTOLAR
  05 Yanvar 2016    Oxunub:4150
Qubaya yağan güclü qar 7 gündür ki, Xınalıq kəndinin rayonla əlaqəsini kəsib. Qarın ağırlığından kənd məktəbinin damı çöküb. Məktəb yararsız vəziyyətə düşüb.
Bu barədə AzVision.az-a Xınalıq kənd sakini Yusif Şabanov məlumat verib. O, bildirib ki, Xınalıq yolunun təmizlənməsi üçün əraziyə cəlb olunan texnika da sıradan çıxıb. Odur ki, qarşıdakı 3-4 gündə yolun qardan təmizlənməsi mümkün olmayacaq.



Kənd sakini onu da bildirib ki, Xınalığa gələn bir neçə əcnəbi tələbə çıxıılmaz vəziyyətdə qalıb, onlar Bakıya gedə bilmilər. Onlardan biri Əfqanıstan, digəri isə Almaniya vətəndaşıdır.



Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti