Cümə namazında iş olmayacaq - Türkiyədən yeni qərar

Cümə namazında iş olmayacaq - Türkiyədən yeni qərar
  05 Yanvar 2016    Oxunub:2657
Türkiyənin baş naziri Əhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının toplantısında çıxışı zamanı həftənin cümə günləri namaz vaxtı iş olmayacağını bəyan edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, baş nazir bununla bağlı qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb:

“Cümə günləri iş saatının ibadət azadlığımıza təsir etməyəcək şəkildə yenidən tərtib olunması üçün qərar layihəsi hazırlamışıq. Bundan sonra Cümə namazına getək istəyən rahat şəkildə gedəcək, iş vaxtında isə hər hansı azalma olmayacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti