Öldürülən qızıl alverçisi 43 dəfə bıçaqlanıb
Qeyd olunub ki, evində ölü tapılan qadına 43 bıçaq vurulub. Hadisədən ilk olaraq öldürülən şəxsin qızı xəbər tutub, polisə də o məlumat verib.
İlkin araşdırma zamanı Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında meyiti tapılan qadının 1960-cı il təvəllüdlü Məryəm Namədzadə olduğu müəyyənləşib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.