`Bizi aldada bilməzlər...` - DYP-dən `apteçka` açıqlaması

`Bizi aldada bilməzlər...` - DYP-dən `apteçka` açıqlaması
  05 Yanvar 2016    Oxunub:12559
“Dərman qutusu avtomobildə olmasa, sürücü məsuliyyətə cəlb olnacaq”
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

DYP rəsmisinin sözlərinə görə, avtomobillərdə “apteçka”nın olması vacibdir və bunun bağlı xüsusi reydlər keçiriləcək: “Əgər dərman qutusu avtomobildə yoxdursa, sürücüyə cərimə yazılmalıdır. Bunlar “Yol hərəkəti haqqında” qanun və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Gündəlik reydlər zamanı bu məsələ diqqətdə saxlanır. Əgər kimsə avtomobilinə yalandan boş qutu alıb qoyursa və yaxud dərmanların vaxtı bitibsə, bu zaman sürücü özünü aldadır, bizi yox. Bundan əlavə sürücülər həmin vasitələrdən istifadə qaydalarını da bilməlidirlər. Bu qaydaları bilən kifayət qədər sürücü var. Bunu inzibati xəta kimi qələmə vermək lazım deyil”.

V.Əsədov vurğulayıb ki, “apteçka”nın olmamasına görə, cərimə 5 manat təşkil edir: “Cərimənin məbləği 5 manatdır. Ötən il ərzində təbliğat xarakterli reydlər keçirmişik və 30-a yaxın protokol yazmışıq. Bəzən jurnalistlər elə formada yazırlar ki, elə bil kimsə dərman qutusu satmaq istəyir. Lakin bu, düzgün yanaşma deyil. Biz demirik ki, sürücü həkim olsun. Lakin bu qaydalara əməl edilməlidir. Düzgün göstərilən ilk tibbi yardım xəstənin tez sağalmasına xidmət edir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti