Nazir icra başçısına medal verdi

Nazir icra başçısına medal verdi
  31 Dekabr 2015    Oxunub:4044
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə əsgər valideynləri və yaxınları üçün təşkil olunmuş “Açıq qapı” günündə iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, ziyarətçilər hərbi hissədə şəxsi heyətin yaşayış və məişəti üçün yaradılan şəraitlə yaxından tanış olub, xidməti və inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkiblər.

Əsgər yeməkxanasında təşkil olunmuş konsert proqramında nazir və icra başçısı əsgərlərlə birlikdə yemək yeyib, onların bayramını təbrik ediblər.

Nazir Zakir Həsənov Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyevə şəhərdə aparılan abadlıq-quruculuq tədbirləri, veteranların sosial qayğılarının həlli, gənclərin dostluq, hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi yönündə xidmətlərinə görə "Veteran Həmrəyliyi" medalını təqdim edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti