NATO Azərbaycana minnətdardır

NATO Azərbaycana minnətdardır
  02 İyul 2013    Oxunub:1274
NATO Azərbaycana Əfqanıstanda göstərdiyi dəstəyə görə minnətdardır.
Şimali Atlantika Alyansı (NATO), sülməramlıların Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Xinhua-nın məlumatına görə NATO-nun Azərbaycandakı əlaqələndiricisi, həmçinin Rumıniya səfiri Daniel Kristian Siobanu (Daniel Cristian Ciobanu) belə deyib.
Azərbaycan NATO Beynəlxalq məktəbinin yay sessiyasında çıxış edən Siobanu Azərbaycanla qurum arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.

O, Azərbaycanın NATO-ya üzv olmayan ölkələr arsında 2014-cü ildən sonra da Əfqanıstandan sülhməramlılarını çıxarmamağa qərar vermiş ilk ölkə olduğunu xüsusilə qeyd edib.
Qeyd edək ki, Azərbaycan -NATO Məktəbinin iyulun 1-dən başlayan yay sessiyası iyulun 5-dək davam edəcək.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti