Qusarda yol qəzası, 2 nəfər ölüb

Qusarda yol qəzası, 2 nəfər ölüb
  28 İyun 2013    Oxunub:1694
Qusar rayonu, Qalacıq kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "Ford" markalı yük avtomobili və 1979-cu il təvəllüdlü Xanbalayev Əli Rzabala oğluna məxsus "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.

AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, qəza nəticəsində, "VAZ" markalı avtomobilin sürücüsü Ə.R.Xanbalayev və sərnişin 1966-cı il təvəllüdlü B.A.Məmmədov həlak olub. Hər iki cəsəd yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. "FORD" markalı avtomobilin sürücüsünü və avtomobildə olan 1 nəfər sərnişini yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi əhali tərəfindən çıxarılaraq Qusar rayon Mərkəzi xəstəxanasına aparılıb. Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 13:45-də başa çatıb.


Teqlər:





Xəbər lenti