Ov tüfəngi ilə ev yiyəsini öldürdü

Ov tüfəngi ilə ev yiyəsini öldürdü
  26 İyun 2013    Oxunub:1721
Sumqayıt şəhər sakini qohumu tərəfindən qətlə yetirilib
AzVision.az Daxili işlər Nazirliynin rəsmi saytına istinadən xəbər verir ki, İyunun 25-də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi S.Vurğun küçəsindəki evlərdən birində yaşayan Nübar Nobatəliyevanın evinə gəlmiş qohumu, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Habil Həsənov arasında münaqişə baş verib.
Bu zaman H.Həsənov ov tüfəngindən atəş açaraq Nübarı qətlə yetirib və hadisə yerindən qaçıb.

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Həsənov saxlanılıb və qətli törədərkən istifadə etdiyi ov tüfəngi və 24 ədəd patron ondan götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti