Ermənilər oturaq aksiyaya başladı

Ermənilər oturaq aksiyaya başladı
  20 Fevral 2013    Oxunub:1808
Azadlıq meydanında Sarkisyan və tərəfdarlarına yer qalmayıb
“Novosti Armeniya”-nın xəbərinə görə Ermənistanın Azadlıq meydanında mitinq keçirən prezidentliyə namizəd, “İrs” partiyasının lideri Raffi Ovannisyan özünün “Facebook” səhifəsində tərəfdarlarını isti geyinməyə və mitinqçilərə qoşulmağa dəvət edib.
Prezident seçkilərində ikinci yeri tutan “İrs” partiyasının lideri məğlubiyyətini etiraf etməkdən imtina edib və seçkilərin qalibi elan olunmuş hazırkı prezident Serj Sarkisyanı hakimiyyəti təhvil verməyə çağırıb. Bu gün saat 17:00-a qədər S.Sarkisyanla görüşmək niyyətini açıqlayıb və onu Azadlıq meydanında gözlədiyini bildirib.
Qeyd edək ki, “İrs” partiyası bir neçə gün əvvəldən İrəvan meriyasına mitinqlərin keçirilməsi ilə bağlı müraciət edərək fevralın 20 və 22-də Azadlıq meydanında, 21-də isə Matenadaran meydanında aksiya keçirəcəyini bildirib.
Maraqlıdır ki, R.Ovannisyan tərəfdarlarının boşaltmaq istəmədiyi Azadlıq meydanında sabah S.Sarkisyan tərəfdarları ilə birgə qələbə mitinqi keçirməyi planlaşdırır.


Teqlər:  





Xəbər lenti