Prezidentlər gələn ay görüşə bilərlər

Prezidentlər gələn ay görüşə bilərlər
  19 Noyabr 2015    Oxunub:1855
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dekabrın əvvəllərində baş tuta bilər

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov məlumat verib.

O, görüşün harada və nə zaman keçiriləcəyi haqda məlumat veriləcəyini deyib.

"Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşü yaxın həftələrdə baş tutacaq. Hesab edirəm ki, görüş dekabrın başlanğıcında keçirləcək. Görüşün hansı gün və harada keçiriləcəyi barədə məlumatı prezident aparatı məlumat yayacaq", - deyə Şarmazanov bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik oktyabrın 26-da İrəvanda səfərdə olarkən ilin sonuna kimi prezidentlərin görüşünü təşkil etmək niyyətində olduqlarını qeyd etmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti