ABŞ-ın Azərbaycanla bağlı məqsədi - Səfir açıqladı

ABŞ-ın Azərbaycanla bağlı məqsədi - Səfir açıqladı
  19 Noyabr 2015    Oxunub:2300
Amerika Birlәşmiş Ştatların Azәrbaycanla әmәkdaşlıq etdiyi 3 әsas sahәdәn biri dә iqtisadiyyatdır.
Bu barədə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycanda səfərdə olan ticarət nümayə də həyatilə öz qərargahında görüşü zamanı bildirib.

Onun sözlərinə görə, ölkәlәrimiz arasında olan uğurlu әmәkdaşlığın ruhuna uyğun olaraq iqtisadi vә ticari әlaqәlәri yaxşılaşdırmaq üçün 15 şirkәtdәn ibarәt nümayәndә heyәti Azәrbaycana gәlib.

Bizim mәqsәdimiz azәrbaycanlılarla birgә işlәyәrәk güclü, sabit, demokratik, inkişaf edәn Azәrbaycan qurmağa kömәk etmәkdir, səfir bildirib.

"Bizim ticari әlaqәlәrimizin inkişafı yalnız ABŞ-la Azәrbaycan arasında biznes fәaliyyәtini deyil, hәm dә şәxsi әlaqәlәri inkişaf etdirir, bu isә ölkәlәrin daha da yaxınlaşmasına tәkan verir. 15 il әvvәl 3 il Azәrbaycanda çalışmışam. Biznesin inkişafına kömәk etmәk iki ölkә arasında biznes, iqtisadiyyat, investisiya münasibәtlәrinin inkişafı vә ölkәlәrin gәlirlәrinin artması demәkdir”,- deyərək ABŞ Ticarət Departamenti Katibinin köməkçi müavini Maykl Lalli qeyd edib.

ABŞ-dan olan 15 şirkәt Azәrbaycanda tәrәfdaş tapmaq vә burada yeni biznesin әsasını qoymaq istәyirlәr, Maykl Lalli əlavə edib.

İştirakçı şirkətlər: Baxter, Bloomberg LP, Capstone Turbine, Dow, Honeywell, Globalise, Langan, Miyamoto International, Osisoft, P&G, Thomson Reuters, Turner International, Waybacks Burgers, WSP/Parsons Brinkherhoff. (trend)


Teqlər:  





Xəbər lenti