Rektor 7 yeni dekan təyin edib

Rektor 7 yeni dekan təyin edib
  19 Noyabr 2015    Oxunub:2561
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) vakant dekan vəzifələri üçün müsabiqə başa çatıb.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, rektor Mustafa Babanlının əmri ilə universitetin 7 əməkdaşı 5 illik əmək müqaviləsi ilə müvafiq fakültələrə rəhbərlik edəcəklər.

Məlumatda qeyd edilir ki, dosent Nəriman Nərimanov Geoloji-kəşfiyyat fakültəsinə, professor Qafar İsmayılov Qaz-neft mədən fakültəsinə, dosent Fəttah Həşimov Kimya-texnologiya fakültəsinə, dosent Əli Əhmədоv Neft-mexanika fakültəsinə, dosent Zakir Həsənov Energetika fakültəsinə, dosent Səməd Yusifov İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinə, dosent İlham Rüstəmov İqtisadiyyat, beynəlxalq iqtisadi münasibət və menecment fakültəsinə dekan vəzifələrinə təyin ediliblər.


Teqlər:





Xəbər lenti