Bakıda məşhur restorandan 30 minlik üzük oğurlandı

Bakıda məşhur restorandan 30 minlik üzük oğurlandı
  19 Noyabr 2015    Oxunub:4323
Bakıda restoranda müştərilərdən biri üzüyünü itirib.
Yasamal rayon sakini Sürəyya Talıb qızı Talışinskaya polisə müraciət edərək bildirib ki, “MariVanna” restoranının sanitar qovşağında ağ qızıldan hazırlanmış və brilyantla bəzədilmiş üzüyünü unudub.

O, 20 dəqiqə sonra qayıtsa da üzüyünü qoyduğu yerdə tapa bilməyib. Şikayətçi əlavə edib ki, üzüyün dəyəri təxminən 30 min dollardır.

“MariVanna” restoranından bildirilib ki, onlar itən əşyalara görə cavabdehlik daşımırlar.

Faktla bağlı araşdırma aparılır (lent.az).


Teqlər:





Xəbər lenti