Əbülfəs Qarayev qiymətlərdən danışdı

Əbülfəs Qarayev qiymətlərdən danışdı
  19 İyun 2013    Oxunub:1246
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bu il turizm obyektlərində qiymətlərin aşağı salınıb-salınmayacağına münasibət bildirib.
Hazırda Azərbaycanın turizm müəssisələrinin böyük əksəriyyətində növbəti ay üçün yerlər bronlaşdırılıb.

AzVision.az xəbər verir ki, bunu nazir Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.
Onun fikrincə, bu o deməkdir ki, mövcud qiymətlər cəmiyyətin imkanlarına uyğundur:

“Əgər proses belə gedərsə, o zaman kiminsə qiymətləri aşağı salmasına məcbur etmək mümkün deyil”.
Nazir turizm obyektlərində aparılan monitorinqlər, mövsümə hazırlıq və mövcud nöqsanlardan da danışıb.

O bildirib ki, turizm müəssisələrində nöqsanlar var və problemlərin aradan qaldırılması ilə bağlı tapşırıqlar verilir:

“Monitorinqlərdə sanitar normalara əməl olunması, xidmətinin keyfiyyətinin yüksəldilməsi, xidmətinin çeşidinin artırılması və sair kimi məsələlərə diqqət yetirilir. Artıq ikinci monitorinqlər zamanı məlum olur ki, həmin obyektlər qonaqları qəbul etməyə hazırdırlar. Ancaq elə obyektlər var ki, onlara daha böyük diqqət lazımdır. Onların adının çəkilməsini istəmirəm, amma həmin turizm obyektlərində ciddi işlərin aparılmasına ehtiyac var”.
Ə.Qarayev həmçinin deyib ki, turizm obyektlərində xidmət yeməklə məhdudlaşmamalıdır:

“Yeyib və uzanmaqla xidmət yekunlaşmamalıdır. Xidmətlər müxtəlif olmalıdır. Müxtəlif turlar təşkil edilməlidir. Bu istiqamətdə turizm müəssisələrinə köməklik göstərilir. Bu işlərlə yerli idarələr məşğul olur”.



Teqlər:  





Xəbər lenti