Günvurmadan belə qorunun

Günvurmadan belə qorunun
  18 İyun 2013    Oxunub:1400
“İstilər başlayandan cəmi bir nəfər bizə müraciət edib”.
Bunu AzVision.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkiminin operativ işlər üzrə müavini Oqtay Şahmalıyev deyib. Onun sözlərinə görə, hazırda xəstənin vəziyyəti stabildir.

O.Şahmalıyev bildirib ki, ən isti vaxtlarda çöldə olarkən günəşdən qoruyucu vasitələrdən istifadə etmək lazımdır : “Başda ağ rəngli örtük olmalı, yaxud, gün çətirindən istifadə edilməlidir. Kölgə ilə getmək lazımdır. Bir də günəşli günlərdə çalışın, yanınızda yarımlitrlik su saxlayın”.

Həkim əlavə edib ki, günvurmanın ən yüngül forması birdən –birə yuxuya getmə, yorğunluqdan huşu itirməyə qədər ola bilər. Ən ağır forması isə bədəndə 39 dərəcə istinin olmasıdır. Belə hallar müşahidə edənlər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edə bilərlər.

Nihadə


Teqlər:  





Xəbər lenti