Fransızlar Azərbaycanda tolerantlığı göstərəcəklər

Fransızlar Azərbaycanda tolerantlığı göstərəcəklər
  17 İyun 2013    Oxunub:1284
Fransa kinematoqrafları Azərbaycanın tolerantlığından bəhs edən film çəkirlər
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fransız kinematoqrafları Azərbaycanın tolerantlığından bəhs edən film çəkirlər. Çəkiliş qrupu Azərbaycanın paytaxtında və bölgələrdə çəkilişlər aparıblar.

Azərbaycanda qarşılaşdığı qonaqpərvərlik və səmimi münasibətə heyran qaldığını bildirən rejissor xanım Murielle rejissor yəhudilərin tarixinin, mədəniyyətinin və dilinin qorunmasının vacibliyini qeyd etmiş, onlara Azərbaycanda xüsusi qayğı göstərildiyini bildirib.

Quba və Oğuz rayonlarına da baş çəkdiklərini, burada məskunlaşmış yəhudilərlə bağlı informasiyanın da filmdə geniş yer alacağını deyib.

Film Fransanın paytaxtında və əyalətlərində muzey və sərgilərdə nümayiş etdiriləcək.

Film Fransa tamaşaçılarına bu ilin oktyabrında təqdim olunacaq.


Teqlər:





Xəbər lenti