393 istehsal sahəsində antisanitariya aşkarlanıb

393 istehsal sahəsində antisanitariya aşkarlanıb
  12 İyun 2013    Oxunub:3439
“Ümumilikdə 134 sahibkarlıq subyektində protokol tərtib edilib, bunlardan 50-nə xəbərdarlıq edilib, 29-u aidiyyatı üzrə məhkəmə icraçılarına göndərilib. Tətbiq olunan cərimələrin ümumilikdə miqdarı 115.500 manat olub”.
Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin 2013-cü ilin 5 ayı ərzindəki fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. AzVision.az xəbər verir ki, mətbuat konfransında çıxış edən xidmətin rəisi Əbülfət İmanov ölkəmizdə keyfiyyət amilinin yüksəldilməsi, istehlakçıların hüquqlarının, insan həyatı və sağlamlığının etibarlı müdafiəsi, daxili bazarın təhlükəli və normativ sənədlərin tələblərinə uyğun gəlməyən mal, məhsul və xidmətlərdən qorunması istiqamətində respublika prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl siyasət aparıldığını, standartların və digər texniki tələblərin icra edilməsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində davamlı islahatlar həyata keçirildiyini qeyd edib.

Ə.İmanov bildirib ki, təkcə 2013-cü ilin 5 ayı ərzində Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti müvafiq şöbələri və Ərazi İdarələri tərəfindən sahibkarlıq subyektlərində dövlət nəzarətinin aparılması üçün 619 sərəncam verilib.

“Aparılan yoxlamaların 280-ni ərzaq məhsullarının istehsalına, 191-i qeyri-ərzaq məhsullarının istehsalına, 148-i metroloji nəzarətə aid olub. Bunlardan 58-i tibb müəssisələrində göstərilən xidmət səviyyəsinə nəzarət, 61-i çörəyin keyfiyyətinin yüksəldilməsi ilə bağlı çörək istehsalı müəssisələrində nəzarətin payına düşür”.

Xidmət rəisinin sözlərinə görə, aparılan yoxlamaların nəticəsində 393 istehsal sahəsində normativ sənədlərin tələblərinə cavab verməyən və antisanitariya şəraitində məhsul istehsal olunduğuna görə müəssisələrə 393 iradnamə və istehsalın qadağan olunması barədə 212 partiya tələbnaməsi, 87 sahibkarlıq subyektində məhsulların və satışının qadağan olunması barədə tələbnamə verilib.

“Ümumilikdə 134 sahibkarlıq subyektində protokol tərtib edilib, bunlardan 50-nə xəbərdarlıq edilib, 29-u aidiyyatı üzrə məhkəmə icraçılarına göndərilib. Tətbiq olunan cərimələrin ümumilikdə miqdarı 115.500 manat olub. Xidmət tərəfindən dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 23.980 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçmədiyi, 219 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkaredilib”.

Həmçinin mətbuat konfransında bildirilib ki, Xidmətin Ərzaq məhsullarının keyfiyyətinə nəzarət şöbəsi tərəfindən keyfiyyəti və təhlükəsizliyi normativ sənədlərin tələblərinə cavab vermədiyinə görə 17,28 kq süfrə xardalı, 7187 ədəd müxtəlif nişanlı uşaq qidaları, müxtəlif adlarda şərablar, ümumi dəyəri 137,15 manat olan müxtəlif çörək, bulka və qənnadı məmulatları, 720 kq ümumi dəyəri 2880 manat olan kolbasa məmulatları satışdan çıxarılıb. Ümumilikdə 337,28 kq, ümumi dəyəri 3017,15 manat olan ərzaq məhsulu dövlət müfəttişləri və müəssisənin nümayəndələrinin iştirakı ilə məhv edilib.

Anar


Teqlər:  





Xəbər lenti