17 mərtəbəli binada yanğın olub, 11 nəfər təxliyə edilib
09 İyun 2013
Oxunub:1400
Xətai rayonunda hündür mərtəbəli yaşayış binasında yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda hündür mərtəbəli yaşayış binasının 6-17-ci mərtəbələr arası şaxta boyu kabellər 33 p.m 6 ədəd elektrik sayğacı və vətəndaşa məxsus ümumi sahəsi 173 kv.m olan 4 otaqlı mənzilin mətbəxində 6 kv. m sahədə əşyalar (mətbəx mebeli, paltaryuyan və soyuducu ) yanıb. Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 10 nəfər bina sakini, o cümlədən 1 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzillər və digər mərtəbələrdəki elektrik kabel və sayğacları yanğından mühafizə olunub. Yanğın saat 10:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.