Türkiyə vətəndaşı Bakıda yol qəzasında ölüb

Türkiyə vətəndaşı Bakıda yol qəzasında ölüb
  07 İyun 2013    Oxunub:1409
Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 6-da saat 06.10 radələrində Qaradağ rayonu Qobustan qəsəbəsinin ərazisində Bakı şəhər sakini Emin Bəylərov idarə etdiyi "BMW" markalı avtomaşınla yolu keçən 30-40 yaşlı kişini vurmuş, sonradan idarəetməni itirdiyindən maşını qarşıda gedən Abşeron rayon sakini Amid Ağakişiyevin idarə etdiyi "Mercedes" markalı yük avtomaşına vurub. Nəticədə həmin kişi və E.Bəylərovun sərnişini, Türkiyə vətəndaşı Fazil Eyyub Çakar hadisə yerində ölüb xəsarət almış özü isə xəstəxanaya yerləşdirilib.

BDYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti