Tabor komandiri qəzaya düşdü

Tabor komandiri qəzaya düşdü
  29 May 2013    Oxunub:1596
Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən N saylı hərbi hissəsinin tabor komandiri, leytenant qəzaya düşüb
Respublika Hərbi Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 14.00-da Müdafiə Nazirliyinin Göygöl rayonunda yerləşən N saylı hərbi hissəsinin tabor komandiri, leytenant Muradov Elnur Namiq oğlunun idarə etdiyi "Vaz- 21015" markalı maşın Göygöl rayonunun Yeni Zod kəndində yoldan çıxaraq dərəyə düşüb.

Nəticədə Elnur Muradov müxtəlif bədən xəsarətləri alaraq hərbi hissənin tibb məntəqəsinə yerləşdirilib.

Hadisə yerinə Gəncə hərbi prokurorluğunun nümayəndələri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti