Yenə yağış yağacaq

Yenə yağış yağacaq
  27 May 2013    Oxunub:1404
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, temperatur gecə 14-17°, gündüz 20-25° isti olacaq. Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 70-80 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında 16-21°, Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda 21-26°, Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmazda 18-23°, Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalada 23-28°, bəzi yerlərdə 31°-dək isti, Masallı-Lənkəran-Astara-Lerik və Yardımlıda 17-22° isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti