Qəzada öldü

Qəzada öldü
  26 May 2013    Oxunub:1252
Bakı-Quba yolunda avtomobil ağaca çırpılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Quba rayonu, Bakı-Quba yolunda "Nissan Maxima" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla sürücünün sıxılmış meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti