Amnistiyanın bu günə olan icrası

Amnistiyanın bu günə olan icrası
  24 May 2013    Oxunub:1361
Azvision.az gündəlik olaraq sizi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə qəbul etdiyi 7 may tarixli amnistiya qərarının icra vəziyyəti barədə məlumatlandırır.
Azvision.az-ın əldə etdiyi məlumata görə, mayın 23-də daha 150 məhkum amnistiyaya düşərək azadlığa buraxılıb. Beləliklə, mayın 8-dən bu günədək 759 məhkuma amnistiya tətbiq edilib.

Amnistiya qərarının icrası gündəlik olaraq həyata keçirilir və qərara əsasən 4 ay müddətində tam icra olunmalıdır.

Xatırladaq ki, Amnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslərin azadlıqdan məhrum etmə cəzasından azad edilmələri nəzərdə tutulur.

Həmçinin, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə, cəzadan azad olunacaqlar.

Ümumilikdə təqribən 9.000 şəxsin amnistiya aktının təsiri altına düşməsi ehtimal edilir. Bunlardan 2.000-dən artıq məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilməsi gözlənilir.

Azvision.az saytı vasitəsi ilə gündəlik olaraq amnistiyanın icrası ilə bağlı məlumatları izləyin.


Teqlər:  





Xəbər lenti