Əməliyyat müvəkkili yol qəzasında dünyasını dəyişib

Əməliyyat müvəkkili yol qəzasında dünyasını dəyişib
  20 May 2013    Oxunub:2277
Hadisə nəticəsində sürücünün özü ilə yanaşı, Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Rafael Rzayev və 1991-ci il təvəllüdlü Fərhad İbrahimov dünyasını dəyişib.
Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. AzVision.az-ın apa-ya istinadən verdiyi məlumatına görə, hadisə bu gün saat 21:00 radələrində Bakı-Şamaxı yolunun 121-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, Səbail rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis leytenantı, 1983-cü il təvəllüdlü Səbuhi Əsgərovun idarə etdiyi EM622 tranzit nömrə nişanlı “Range Rover” markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Hadisə nəticəsində sürücünün özü ilə yanaşı, Bakı şəhər sakinləri-1983-cü il təvəllüdlü Rafael Rzayev və 1991-ci il təvəllüdlü Fərhad İbrahimov dünyasını dəyişib, 1981-ci il təvəllüdlü Kamal Qurbanov, 1983-cü il təvəllüdlü Orxan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti