Bakının mərkəzi küçəsində dəyişiklik

Bakının mərkəzi küçəsində  dəyişiklik
  17 May 2013    Oxunub:1364
Bakının mərkəzi hissəsində avtomobillərin hərəkət istiqamətində dəyişikliklər edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Üzeyir Hacıbəyov küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edərkən (Azərbaycan Dövlət Pedaqoji Universitetinin qarşısı) Rəşid Behbudov küçəsi ilə kəsişmədən hərəkət yalnız sağa olduğu halda, bu gündən edilən dəyişikliyə görə, həmin kəsişmədən düz Bülbül prospekti və Səməd Vurğun küçələrinin kəsişməsinə qədər hərəkətə icazə verilib.

Yəni Bakı şəhər prokurorluğunun qarşısına gedən yol ikitərəfli olub və bu istiqamətdə "Sahil" metrostansiyasını da keçərək düz hərəkət etmək mümkün olacaq.

Əsədov deyib ki, bununla bağlı yol nişanları quraşdırılıb.


Teqlər:





Xəbər lenti