Xızıda baş verən yol qəzasında piyada ölüb

Xızıda baş verən yol qəzasında piyada ölüb
  15 May 2013    Oxunub:1427
Üç yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Daxili İşlər nazirliyindən AzVision.az-a verilən məlumata görə, mayın 14-də saat 07.00 radələrində Səbail rayonu Salyan yolu küçəsində müəyyən edilməyən avtomaşınla Bakı şəhər sakini Anar Rəsulov vurulub. Nəticədə xəsarət alan A.Rəsulov xəstəxanaya yerləşdirilib.

Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Həmin gün saat 11.15 radələrində Xızı rayonunun Yaşma yaşayış sahəsində Giləzi kənd sakini Pərviz Quliyev idarə etdiyi "VAZ-21723" markalı avtomaşınla yolu keçən Sumqayıt şəhər sakini Məmmədrza Mənsimovu vurub. Nəticədə M.Mənsimov aldığı xəsarətdən hadisə yerində ölüb.

BDYPİ tərəfindən araşdırma aparılır.

mayın 13-də saat 22.00 radələrində Astara rayonunun Ocakəran kəndi ərazisində Tülaqivan kənd sakini Şənlik Verdiyev idarə etdiyi "İJ" markalı motosikleti dərəyə aşırıb. Nəticədə Ş.Verdiyevin xəsarət alan sərnişini, həmkəndlisi Arzuman Ramazanov xəstəxanaya yerləşdirilib və may ayının 14-də orada ölüb.

Astara RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az




Teqlər:  





Xəbər lenti