Quba sakini həmyerlisini öldürdü

Quba sakini həmyerlisini öldürdü
  15 May 2013    Oxunub:1232
Quba sakini həmyerlisini ov tüfəngi ilə öldürüb
Quba rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 23:10-da Quba rayonunun Zıxır kənd sakini 36 yaşlı Mustafayev Teymur Nurbala oğlu həmkəndlisi 33 yaşlı
Əzimov Lətif Seyfulla oğlunu yaşadıqları kənddə aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə atəş açaraq öldürüb.

Məlumatla əlaqədar hadisə yerinə və meyitə baxış keçirilib, meyit xarici müayinə olunduqdan sonra daxili müayinə olunması üçün ekspertə təqdim edilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti