Bakıda baş leytenantın maşını qarət olunub

Bakıda baş leytenantın maşını qarət olunub
  15 May 2013    Oxunub:1390
Polisin maşınından 1600 manat oğurlanıb
Yasamal rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 19:10-da 32 yaşlı Binəqədi rayonu Mühafizə İdarəsinin tağım komandiri vəzifəsində işləyən, polis baş leytenantı, Əliyev Samir Tahir oğluna məxsus maşın qarət edilib. Ə.Samir maşını Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 15 saylı ünvanın qarşısında saxlayıb, maşının qapısını açma yolu ilə (açar seçmə) qabaq oturacağında olan 1600 manat və Samsunq markalı mobil telefonu naməlum şəxslər tərəfindən oğurlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti