Yol qəzası, üç yaralı

Yol qəzası,  üç yaralı
  13 May 2013    Oxunub:1361
Bakının Səbail rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Səbail rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 11.05.13- cü il tarixdə saat 22-18 radələrində 43 yaşlı Nəsimi rayon sakini Quliyeva Naridə idarə etdiyi Xunday Sonata markalı maşınla yolu keçən piyadalar, 46 yaşlı Yadigarov Yadigar Əli oğlunu, 49 yaşlı Aubakirova Zaure Sahilaevnanı, 25 yaşlı rayon sakini Məmmədzadə Fərid İlham oğlunu vurub.

Nəticədə hər 3 piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq КТМ-э yerləşdiriliblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti