Maşın dərəyə yuvarlandı

Maşın dərəyə yuvarlandı
  13 May 2013    Oxunub:1349
Şəki-Oğuz yolunun 25-ci kilometrliyində vətəndaşa məxsus "BMW" markalı minik avtomobili dərəyə yuvarlanıb.
Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən AzVision.az xəbər verir ki, Şəki-Oğuz yolunun 25-ci kilometrliyində vətəndaşa məxsus "BMW" markalı minik avtomobili dərəyə yuvarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri ilə sıxılmış vəziyyətdə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyətı üzrə təhvil verilib. Əməliyyat saat 04:23-də başa çatıb.


Teqlər:  





Xəbər lenti