Ər arvadını axtarır - Pula görə

Ər arvadını axtarır - Pula görə
  04 Yanvar 2015    Oxunub:2029
Bakıda 25 yaşlı oğlan həyat yoldaşının itkin düşməsi ilə bağlı polisə müraciət edib.

AzVision.az-ın məlumatına görə, İ.İsmayılov küçəsində yaşayan 25 yaşlı S.A müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan xanımı, 1992-ci il təvəllüdlü S.G dekabrın 11-də saat 23 radələrində əvvəl evdən çıxıb və geri qayıtmayıb.

Şikayətçi qeyd edib ki, xanımı evdən gedərkən mənzildən xeyli miqdarda pul və mobil telefonları da aparıb.

22 yaşlı qadının tapılaraq ailəsinə qaytarılması istiqamətində iş aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti