`İki məşhur aktrisamıza cadu edilib` - Ekstrasens

`İki məşhur aktrisamıza cadu edilib` - Ekstrasens
  18 Dekabr 2014    Oxunub:7559
Fəaliyyətini Moskvada və Azərbaycanda davam etdirən ekstrasens Aqil Məhərrəmov bu dəfə də Azərbaycanın sayılıb, seçilən əməkdar və xalq artistləri barədə danışıb. O, beş aktrisanın gələcək həyatı haqda gözlənilməz proqnozlar verib.

Xalq artisti Firəngiz Mütəllimova:
“Məlumatım var ki, Firəngiz xanımın səhhəti ilə bağlı bəzi problemləri var. Belə deyək ki, Firəngiz xanımın bu gündən sonra ölüm qorxusu yoxdur. Səhhəti yaxşılaşmağa doğru gedir. Firəngiz xanıma bu il cadu ediblər. Ancaq cadu öz təsirini çox güclü göstərib, indi isə sakitləşməyə doğru gedir. Hazırda gərgindir, maddi vəziyyəti o qədər də yaxşı deyil. Onu iki kişi, bir qadın qüvvə qoruyur. Səyahət gözlənilir. İstəməyəcək getsin, amma mən məsləhət görürəm ki, getsin. Gələn il karyerası çox uğurlu olacaq, çox işi olacaq. Sağlığı ilə bağlı da problemi olmayacaq”.

Xalq artisti Məleykə Əsədova: “Məleykə xanım çox ağıllı və çoxbilmiş insandır. Hər addımını atarkən yüz düşünüb, bir hərəkət edən qadındır. Məleykə xanım hədsiz sayda xarici ölkələrdə olub. Ola bilər məhz həmin xarici ölkələrdə başına gələnlər onu belə güclü qadına çevirib. Bu yaxınlarda yaxşı bir şey görmürəm. Ailəsi və ya evi ilə bağlı bərk narahatlıq görürəm. Məleykə xanım görücü yanında olub və təmizlənib. Bir müddət əvvəl baxanda isə Məleykə xanımda çoxlu cadu görmüşdüm və həmin cadular hətta qızı Gülərə də təsir edirdi. Məleykə xanımda cadu olmasa da, kimdənsə asılıdır. Düzdür yenə çıxıb, təkzib edəcəklər, amma gördüklərimi deyirəm. Gələn il Məleykə xanımın həyatında təmtəraqlı dəyişiklik olacaq. Məleykə xanımın indi həyatında olan, ona arxa duran şəxs daimi deyil, ancaq gələn il həyatında Məleykə xanımın qarşısına çox güclü şəxs çıxacaq. Qızı barədə çox balacadır deyə heç nə demək istəmirəm. Ancaq onu deyim ki, Gülər böyüyəndə eynisilə Məleykə xanım olacaq, hətta taleləri də çox bənzərdir. İstəməzdim bunu deyim, ancaq elə görürəm.

Əməkdar artist Dilarə Əliyeva: “Dilarə xanımın həyatında sakitlik, durğunluq görürəm. Dilarə xanım bu yaxınlarda başa düşüb ki, vaxtilə əldə etdiyi uğurları indi əldə edə bilmir. İşlərində qarışıqlıq görürəm. Gələn il xarici ölkədə Azərbaycanı təmsil edəcək. Planları hazırda arxa plana keçib. Orqanizmdə problemləri çoxdu. Yeni layihəsi digər layihə ilə əvəzlənəcək. İndiki layihəsi elə uğurlu deyil. Tezliklə yeni layihəsi ilə tamaşaçıları sevindirəcək və həmin layihə də daha uğurlu olacaq. Şəxsi həyatında dəyişiklik görmürəm, indi bir az düzəlib. Oqtay bəylə iç dünyaları demək olar eynidir. Dilarə xanıma xalq artisti adı gələn il qətiyyən verilməyəcək”.

Əməkdar artist Vəfa Zeynalova: “Vəfa Zeynalovaya bir məsləhət verərdim ki, mütləq və mütləq baş həkiminə müraciət etsin. Vəfa xanımda onu tərk etməyən baş ağrılar görürəm. Beyin, baş yorğundur, əsəbidir. Vəfa xanımda çox güclü cadu var. Cadunu edən yoldaşı tərəfdəndir, bir qadındır. Ailələrinin dağılmasını istəyir. Vəfa xanım çox qabağa gedə bilmir. Əsəb sistemi də çox gərgindir. Vəfa xanım şəxsi həyatından narazıdır. Həyat yoldaşı ilə arası soyuqdu, o qədər də göründüyü kimi deyil. Aralarında inciklik görürəm. Vəfa xanım qapalı insandır. Sənəd işlərində problem ola bilər. Vəfa xanıma xalq artisti adını hələ görmürəm, amma xarici ölkədən ona uğurlu təklif gələcək”.

Əməkdar artist Hüsniyyə Mürvətova: “Hazırda asılı vəziyyətdədir. Sevinc dolu həyat gözləyir onu. Bir insan ona həyatda istədiyi hər şeyi verəcək, amma Hüsniyyə xanım həmin şəxsdən asılı olacaq. Bəli, həmin şəxsi əks cins kimi görürəm. Çox imkanlı şəxs görürəm, ola bilər dövlət işində işləyən biri olsun. Amma yaşda Hüsniyyə xanımdan böyük olacaq. Uğur çarxı Hüsniyyə xanım tərəfə çox ciddi dönüş edir. Ola bilər gələn il ailə qurmasın, amma həyatında biri olacaq. Daha sonra səyahətə gedəcək. Hüsniyyə xanım üçün gələn il sevgi dolu bir il olacaq, ancaq ikinci övlad görmürəm. Bir dəfə ailəli olub, bir oğlu var, cadusu yoxdu, təmizlənib. Avtomobilini dəyişəcək və ona yaxşı pullar gələcək. Amma əsəblərindən muğayat olsun. İki nəfər (biri qadın, biri kişi-red) Hüsniyyə xanıma zərbə vurmaq istəyəcək. Həmin kəslər Hüsniyyə xanımla bir yerdə çalışırlar. Gələn il Hüsniyyə xanımı şəxsi evində görürəm, amma indi şəxsi evində yaşamır. Hüsniyyə xanıma gələn il xalq artisti adı verilməyəcək. Amma kariyerasında çox uğurlar qazanacaq. Gələn il atdığı hər addım uğur dolu olacaq. Xalq artisti adını da alacaq, amma gələn il yox. Çox az qalıb”.
(atvxeber.az)


Teqlər:  





Xəbər lenti