DİN-dən Tovuzdakı partlayışla bağlı AÇIQLAMA

DİN-dən Tovuzdakı partlayışla bağlı AÇIQLAMA
  15 Dekabr 2014    Oxunub:1823
Tovuz rayonunun Bozalqanlı kəndində Xoşqədəm Quliyevanın yaşadığı evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 14-də saat 19 radələrində Tovuz rayonunun Bozalqanlı kəndində Xoşqədəm Quliyevanın yaşadığı evdə təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə evin tavanı, divarın bir hissəsi dağılmış, qapı və pəncərəsi sınmış, yanıq xəsarəti almış A.Quliyeva və onun qızı Elnarə xəstəxanaya yerləşdirilib.


Teqlər:  





Xəbər lenti