Silaha görə saxladılar, saxta pul tapıldı

Silaha görə saxladılar,  saxta pul tapıldı
  12 Dekabr 2014    Oxunub:2278
İki gün öncə silah gəzdirdiyinə görə tutulan şəxsin digər cinayət əməlləri məlum olub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabrın 10-da narkotik vasitə və qanunsuz odlu silah gəzdirdiyinə görə tutulan Arif Adıgözəlovun işlədiyi kafeyə baxış zamanı 40 ədəd 100 manatlıq, 900 ədəd 50 manatlıq, 136 ədəd 20 manatlıq və 13 ədəd 10 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Qeyd edəki , DİN ötən gün A.Adıgözəlovla bağlı məlumat yayıb. Məlumata əsasən,Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlovdan 1 qram heroin, nömrəsi silinmiş "Revolver" tipli tapança və 14 ədəd müxtəlif çaplı patron götürülüb.





Teqlər:  





Xəbər lenti