Partlayışda 5 nəfər yaralanıb

Partlayışda 5 nəfər yaralanıb
  12 Dekabr 2014    Oxunub:1332
Lənkəranın Liman şəhəri M.Ə.Sabir küçəsində təbii qazın sızmasından partlayış baş verib.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 11-də saat 08 radələrində Lənkəranın Liman şəhəri M.Ə.Sabir küçəsində təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə evin divarında çatlar əmələ gəlmiş, pəncərə şüşələri sınmış, qapı çərçivədən çıxmış, yanıq xəsarəti almış İ.Zərbiyev, arvadı Elnarə, qızları Aytac, Nərmin və oğlu Kənan xəstəxanaya yerləşdirilmişlər


Teqlər:  





Xəbər lenti