46 nəfər həbs edildi - Ötən gün

46 nəfər həbs edildi - Ötən gün
  12 Dekabr 2014    Oxunub:1755
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadə xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.


Teqlər:





Xəbər lenti