Şirvanda evə basqın edənlərdən biri tutulub

Şirvanda evə basqın edənlərdən biri tutulub
  10 Dekabr 2014    Oxunub:1169
Şirvanda evə basqın etmiş şəxs saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dünən 2 radələrində Şirvan şəhərində Maya Mirzəyevanın yaşadığı evə qapını sındırmaq yolu ilə girmiş 3 maskalı şəxs onu və qızı Sevinci bıçaqla hədələyərək evdən qızıl əşyalar götürüb hadisə yerini tərk edib.

Şirvan ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən şəhər sakini İsrail Vəliyev tutulub.

Cinayətin iştirakçısı olan digər şəxslərin də tutlması üçün tədbirləridavam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti